Bakı. Trend:
Şri-Lankanın baş naziri Ranil Vikramasinqhe paytaxt Kolombo və şəhərin daxil olduğu Qərb əyalətində komendant saatı, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Trend-in məlumatına görə, bu barədə nazirin qərarında deyilir.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarına iğtişaş törədən şəxsləri saxlamaq tapşırığı verilib.
Eyni zamanda ölkədə iqtisadi böhranla əlaqədar etirazları davam etdirən sakinlər baş nazirin ofisinə soxulmağa çalışıb.
Bu gün, həmçinin Şri-Lanka prezidenti Qotabaya Racapaksanın istefa verəcəyi gözlənilir.