...

İyun ayında Türkiyə limanları 100-dən çox kruiz gəmisi qəbul edib

Dünya xəbərləri Materials 13 İyul 2022 12:54 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin iyun ayında Türkiyə limanları 122 kruiz gəmisi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin iyun ayında Türkiyə limanlarına daxil olan kruiz gəmilərində 90 min 960 sərnişin daşınıb.

“İyun ayında Türkiyəyə kruiz gəmiləri ilə 2 min 954 sərnişin gəlib. Bu gəmilərlə Türkiyəni 5 min 75 sərnişin tərk edib. İyun ayında Türkiyədə dəniz nəqliyyatı ilə tranzit sərnişin daşımaları 82 min 931 nəfər təşkil edib”, - deyə nazirlikdən bildirilib.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 317 kruiz gəmisi qəbul edib. Bu gəmilərin göyərtəsində ümumilikdə 205 min 642 sərnişin daşınıb.

"2022-ci ilin yanvar-iyun aylarında Türkiyəyə kruiz gəmiləri ilə 7 min 454 sərnişin gəlib, 11 min 580 nəfər isə yola düşüb.", - deyə nazirlikdən bildirilib.

Məlumatda qeyd edilib ki, göstərilən dövrdə Türkiyə ərazisində dəniz nəqliyyatı ilə tranzit sərnişin daşımaları 186 min 608 nəfər təşkil edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti