...

Portuqaliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 16 İyul 2022 04:36 (UTC +04:00)
Portuqaliyada yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Portuqaliyada meşə yanğınlarının söndürülməsində iştirak edən təyyarə qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinə istinadən "France-Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Qeyd edək ki, Portuqaliyada çox sayda meşə yanğınları hazırda da davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti