Bakı. Trend:
Meksikanın Hərbi Dəniz Qüvvələri Nazirliyinə aid "Black Hawk" helikopteri Sinaloa ştatında qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında deyilir.
"Sözügedən helikopterdə 15 nəfər olub, onlardan 14-ü təəssüf ki, dünyasını dəyişib, digər birinə isə tibbi yardım göstərilir", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, qəzanın səbəbi məluma deyil və Nazirliyin nümayəndələri tərəfindən araşdırılır.