...

Şri-Lankanın müvəqqəti prezidenti Vikramasinqhe dövlət başçısı seçilib

Dünya xəbərləri Materials 21 İyul 2022 05:01 (UTC +04:00)
Şri-Lankanın müvəqqəti prezidenti Vikramasinqhe dövlət başçısı seçilib

Bakı. Trend:

Şri-Lanka parlamenti müvəqqəti prezident Ranil Vikramasinqheni dövlət başçısı seçib.

Trend-in verdiyi məlumata görə, 73 yaşlı siyasətçi 134 səs, onun ən yaxın rəqibi, keçmiş media üzrə işlər naziri Dulla Allahaperuma 82 səs toplayıb.

Qeyd edilir ki, R.Vikramasinqhenin prezident seçilməsi ölkədə etirazlara səbəb ola bilər, çünki o, Şri-Lankanın keçmiş prezidentinin administrasiyasında işləyirdi.

R.Vikramasinqhe bu ilin may ayından baş nazir vəzifəsini icra edirdi. İyulun əvvəlində o, Şri-Lanka prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti