...

Bayden koronavirusdan sonra əyani iş rejiminə qayıdıb

Dünya xəbərləri Materials 27 İyul 2022 22:49 (UTC +04:00)
Bayden koronavirusdan sonra əyani iş rejiminə qayıdıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden koronavirusa yoluxduğu üçün bir neçə gün karantində qaldıqdan sonra əyani formada iş rejiminə qayıdıb.

Trend bu barədə "TASS"a istinadən xəbər verir.

"Beş gün təcriddə qaldıqdan sonra COVID-19 testimin nəticəsi mənfi çıxdı. Xoşbəxtlikdən, indi əyani iş rejiminə qayıda bilərəm" - deyə C.Bayden bildirib.

Onun sözlərinə görə, xəstəliyin simptomları yüngül olub və o tez bir zamanda sağalıb.

"Təcriddə keçirdiyim bütün müddət ərzində heç bir maneə olmadan işləyə, vəzifələrimi icra edə bilirdim", - deyə C.Bayden əlavə edib.

C.Bayden amerikalıları koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti