...

Filippində 74 minə yaxın şəxs denge qızdırmasına yoluxub

Dünya xəbərləri Materials 28 İyul 2022 15:53 (UTC +04:00)
Filippində 74 minə yaxın şəxs denge qızdırmasına yoluxub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Filippində bu ilin əvvəlindən 74 minə yaxın şəxs denge qızdırmasına yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirinin müavini Beverli Ho deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 299 nəfər qızdırmadan həyatını itirib.

Qeyd olunur ki, builki yoluxma sayı ötən ilin eyni dövrü ilə müqayisədə 96 faiz çoxdur.

Qeyd edək ki, denge qızdırmasının əsas daşıyıcıları ağcaqanadlar hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti