...

Filippində baş verən zəlzələdə 79,2 mindən çox insan zərər çəkib

Dünya xəbərləri Materials 29 İyul 2022 08:22 (UTC +04:00)
Filippində baş verən zəlzələdə 79,2 mindən çox insan zərər çəkib

Bakı. Trend:

Filippində iyulun 27-də baş verən zəlzələ nəticəsində 79,2 mindən çox insan zərər çəkib.

Trend-in məlumatına görə, bu barədə Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın hesabatında deyilir.

Bildirilib ki, hadisə nəticəsində 6 nəfər həlak olub.

Məlumata əsasən, 7,3 min məcburi köçkün 26 təxliyyə məntəqəsindədir, 1,2 min nəfər əvvəlcədən təxliyə edilib. Təbii fəlakətdən 136 nəfər zərər çəkib, 4 nəfər itkin düşüb.

Zəlzələ 1,58 min evə ziyan vurub, 48-i tamamilə dağılıb. 99 infrastruktur obyektinə dəyən ziyan 48,3 milyon peso (870,4 min dollar) dəyərində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti