...

Gürcüstanda matəm elan olunub

Dünya xəbərləri Materials 29 İyul 2022 22:27 (UTC +04:00)

Bakı. Trend:

İyulun 29-da Qudauridə sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfərin faciəli şəkildə həlak olması ilə əlaqədar iyulun 30-da Gürcüstanda matəm elan olunub.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, iyulun 30-da ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Həlak olanların ailələrinə müvafiq köməklik göstəriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti