...

Çin ordusu Tayvan yaxınlığında silsilə hərbi əməliyyatlar keçirəcək - Telekanal

Dünya xəbərləri Materials 2 Avqust 2022 20:21 (UTC +04:00)
Çin ordusu Tayvan yaxınlığında silsilə hərbi əməliyyatlar keçirəcək - Telekanal

Bakı. Trend:

Çin Ordusunun Şərq Hərbi Bölgəsi Tayvan yaxınlığında bir sıra hərbi əməliyyatlar həyata keçirəcəyini elan edib.

Trend-in məlumatına görə, bu barədə CGTN telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, əməliyyatlar avqustun 2-i axşamdan başlayacaq, o cümlədən Tayvan boğazında nüvəsiz başlıqlı və uzaq mənzilli atəşə malik raketin sınağı keçiriləcək.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini kəskin şəkildə pisləyib. Qeyd olunub ki, siyasətçinin adaya gəlişi “vahid Çin” prinsipini, eləcə də Çin-Amerika kommünikelərində təsbit olunmuş müddəaları pozur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti