...

Yaponiyada əyləncə gəmisində yanğın olub

Dünya xəbərləri Materials 8 Avqust 2022 03:41 (UTC +04:00)
Yaponiyada əyləncə gəmisində yanğın olub

Bakı. Trend:

Bazar ertəsi Yaponiyanın Kanaqava prefekturasının yaxınlığında şəxsi əyləncə gəmisində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunur ki, yanğından sonra gəminin xilasedici jiletlər geyinmiş 7 sərnişini dənizə atılıb. Daha sonra onlar Sahil Mühafizəsi tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Hazırda hadisənin baş vermə səbəbi araşdırılır. Yaponiya ictimai televiziyasının kadrlarına əsasən, qayıq demək olar ki, tamamilə yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti