...

İzmir sahillərində 65 miqrant xilas edilib

Dünya xəbərləri Materials 17 Avqust 2022 08:54 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Sahil Mühafizəsi Yunanıstanın ərazi sularından Türkiyə sahilləri istiqamətində zorla çıxarılan 65 qeyri-qanuni miqrantı xilas edib.

Trend xəbər verir ki, Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, ölkənin qərbində İzmir vilayətinin Dikili və Çeşmə rayonları sahillərində miqrantlar xilas edilib.

Bildirilir ki, qeyri-qanuni miqrantlar şişmə qayıqlarla Yunanıstan sahillərinə çatmağa cəhd ediblər.

Xilas edilən və saxlanılan bütün miqrantlar miqrasiya xidmətinin regional şöbəsinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti