Bakı. Trend:
Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 3-də Batumi şəhərinin akvatoriyasında süni “Palma adası”nın tikintisinin təməlini qoyub.
Trend-in məlumatına görə, bu barədə "Novosti-Qruziya" agentliyi xəbər verib.
"Əminəm ki, regiondakı ən böyük investisiya layihəsi Batuminin onsuz da güclü beynəlxalq nüfuzunun artmasına və Acarıyanın iqtisadi tərəqqisinə töhfə verəcək", - deyə İ.Qaribaşvili deyib.