...

Britaniyada matəmin birinci günü başlayıb

Dünya xəbərləri Materials 9 Sentyabr 2022 13:46 (UTC +04:00)
Britaniyada matəmin birinci günü başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada kraliça II Elizabetin vəfatı ilə əlaqədar matəmin birinci günü başlayıb.

Trend-in məlumatına görə, matəmin müddəti rəsmi açıqlanmasa da, on iki gün davam edəcəyi gözlənilir.

Bu müddət ərzində ölkə ərazisində bayraqlar yarıya endiriləcək. Bir sıra idman və mədəniyyət tədbirləri təxirə salınacaq.

Dövlət bayraqları yalnız sentyabrın 10-da III Çarlzın kral elan edilməsi münasibəti ilə 24 saatlıq ucaldılacaq.

II Elizabetin dəfn gününün qeyri-iş günü elan olunacağı gözlənilir.

Xatırladaq ki, II Elizabet ötən gün Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti