Bakı. Trend:
İri gəmiçilik şirkətləri qış aylarında buzlu sularda neft daşımaq gücündə olan tankerləri satın almağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "E. A. Gibson Shipbrokers" gəmi alqı-satqı şirkəti bildirib.
Qeyd olunub ki, may-avqust aylarında "buz" sinifli tankerlərin satın alınmasına 1 milyard dollara yaxın vəsait xərclənib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə çoxdur. Ötən il 12 tanker alınmışdısa, bu il buzlu suda üzə bilən 42 tanker satın alınıb.
Mütəxəssislər bildirir ki, Rusiya neftinə tətbiq olunan sanksiyalarla əlaqədar daşıyıcılar bu məhsulu Şimal Buzlu Okeanla daşımağa hazırlaşırlar.