...

Nigeriyada ilin əvvəlindən "Lassa" qızdırmasından 171 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Sentyabr 2022 21:16 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyada ilin əvvəlindən "Lassa" qızdırmasından ölənlərin sayı 171 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət üzrə Mərkəzindən bildirilib.

Məlumata əsasən, ilin əvvəlindən Nigeriyada bu xəstəliyə 6 660 nəfər yoluxub.

"Tibb orqanları sentyabrın 5-dən sentyabrın 11-dək 8 yeni yoluxma aşkar edib və qeyd edilən müddət ərzində xəstələrdən biri vəfat edib. "Lassa" qızdırması ölkənin 35 ştatından 25-də qeydə alınıb. Ən çox yoluxma halı 21-30 yaş qrupunda qeydə alınıb", - deyə Mərkəzdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti