...

Yaponiya, ABŞ və Cənubi Koreya “Ronald Reagan” aviadaşıyıcısı ilə təlimlərə başlayıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 07:51 (UTC +04:00)
Yaponiya, ABŞ və Cənubi Koreya “Ronald Reagan” aviadaşıyıcısı ilə təlimlərə başlayıb

Bakı. Trend:

Yaponiya, ABŞ və Cənubi Koreya Amerikanın "Ronald Reagan" aviadaşıyıcısının iştirakı ilə birgə təlimlərə başlayıb.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Təlimlər zamanı tərəflər bir sıra birgə tapşırıqları, o cümlədən düşmənin potensial sualtı qayıqlarına qarşı mübarizə ilə bağlı tapşırıqları işləyəcəklər.

"Təlimlər üç ölkənin regional təhlükəsizlik problemlərinin həlli, habelə müəyyən edilmiş qaydalar əsasında beynəlxalq nizamın möhkəmləndirilməsi üçün üçbucaqlı əməkdaşlığa sadiqliyini nümayiş etdirir", - deyə Nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti