...

Türkiyədə illik inflyasiya 83 faizi ötüb

Dünya xəbərləri Materials 3 Oktyabr 2022 11:12 (UTC +04:00)
Türkiyədə illik inflyasiya 83 faizi ötüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin sentyabr ayında Türkiyədə illik inflyasiya 83,45 faiz olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya avqust ayı ilə müqayisədə 3,08 faiz, ötən ilin dekabrından bəri isə 52,4 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (117,66 faiz), ərzaq məhsulları (93,05 faiz) və ev əşyaları (89,68 faiz) bahalaşıb.

Avqust ayında illik inflyasiya 80,21 faiz təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti