...

ABŞ-də "İan" qasırğası nəticəsində ölənlərin sayı 87-ə çatıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2022 11:51 (UTC +04:00)
ABŞ-də "İan" qasırğası nəticəsində ölənlərin sayı 87-ə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin şərq sahilində tüğyan etmiş "İan" qasırğası nəticəsində həlak olanların sayı 87 nəfərə çatıb.

Trend-in məlumatına görə, ölümlərin 83-ü Florida ştatında, 4-ü Şimali Karolinada qeydə alınıb.

Bundan başqa, minlərlə şəxsin itkin düşdüyü hesab edilir. Xilasedicilər onların böyük əksəriyyətinin sığınacaqlarda olduğunu və əlaqəyə çıxa bilmədiklərini ehtimal edir.

Florada ştatında 800 minə yaxın şəxs elektrik enerjisiz qalıb.

Qeyd edək ki, "İan" qasırğası ötən həftə sonu ABŞ-nin cənub-şərq sahilində ciddi fəsadlar törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti