Bakı. Trend:
Turiyanın milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin ikigünlük toplantısının keçirildiyi Alyansın mənzil-qərargahında görüşlər keçirir.
Trend xəbər verir ki, Hulusi Akar çərşənbə günü Xorvatiyadan olan həmkarı Mario Banoşiç ilə danışıqlar aparıb.
Görüşdə ikitərəfli və regional gündəliyin aktual məsələləri, o cümlədən təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.