...

İbrahim Kalın Baydenin müşaviri ilə regional məsələləri müzakirə edib

Dünya xəbərləri Materials 17 Oktyabr 2022 22:03 (UTC +04:00)
İbrahim Kalın Baydenin müşaviri ilə regional məsələləri müzakirə edib

Bakı. Trend:

Bazar ertəsi Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bazar ertəsi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, telefon danışığı zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq, Ukraynadakı müharibə və digər regional məsələlər müzakirə olunub.

İ.Kalın həmsöhbətinin diqqətinə F-16 qırıcılarının alınması və modernləşdirilməsi ilə bağlı sorğunun ABŞ Konqresinin təsdiqləməsi prosesinin qeyd-şərtsiz başa çatması ilə bağlı Türkiyənin gözləntilərini çatdırıb.

R.T.Ərdoğanın mətbuat katibi onu da qeyd edib ki, Türkiyə Ukraynadakı münaqişənin diplomatik yolla həlli, eləcə də İstanbulda taxıl tədarükü üzrə imzalanan müqavilənin uzadılması istiqamətində təşəbbüslərini qətiyyətlə davam etdirəcək.

Türkiyənin Egey və Aralıq dənizlərində qanuni hüquq və maraqlarını müdafiə etməkdən çəkinməyəcəyi də vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti