...

Macarıstan parlamenti Finlandiya və İsveçin NATO-ya üzv olması məsələsinə baxacaq

Dünya xəbərləri Materials 21 Oktyabr 2022 02:01 (UTC +04:00)
Macarıstan parlamenti Finlandiya və İsveçin NATO-ya üzv olması məsələsinə baxacaq

Bakı. Trend:

Macarıstanın Dövlət Məclisi (birpalatalı parlament) oktyabrın 24-də Finlandiya və İsveçin NATO-ya üzv olması məsələsinə baxacaq.

Trend xəbər verir ki, bu barədə cümə axşamı parlamentin oktyabrın 24-ü üçün iclasının gündəliyində deyilir.

Məlumata əsasən, əvvəlcə macar deputatlar Finlandiyanın Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ratifikasiyası haqqında qanun layihəsinə, sonra isə İsveçlə bağlı həmin qanun layihəsinə baxacaqlar.

Xatırladaq ki, bütün NATO ölkələrindən yalnız Macarıstan və Türkiyə bu sənədləri hələ də ratifikasiya etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti