...

Türkiyədə neft emalı zavodunda güclü yanğın başlayıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2022 18:05 (UTC +04:00)
Türkiyədə neft emalı zavodunda güclü yanğın başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kocaeli vilayətində Tüpraş neft emalı zavodunda güclü yanğın başlayıb.

Trend-in bu gün Türkiyə KİV-lərinə istinadən məlumatına görə, yanğın zavodun neft anbarlarının birində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Hadisə ilə bağlı hər hansı itkilər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti