...

Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2022 16:39 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Mərkəzi Bankı kreditlər üzrə baza uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2 faiz səviyyəsində müəyyən edib.

Trend-in məlumatına görə, bu barədə qərar Bankın İdarə heyətinin bugünkü iclasında qəbul edilib.

Eyni zamanda, Avropa Mərkəzi Bankı depozitlər üzrə uçot dərəcəsini 1,5 faiz, qısamüddətli kreditlər üzrə uçot dərəcəsini 2,25 faiz səviyyəsinədək artırıb.

Avropa Mərkəzi Bankı bununla uçot dərəcələrini ard-arda ikinci dəfə artırıb. Qurum növbəti iclasda da faiz dəhlizinin artırıla biləcəyini istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti