Bakı. Trend:
Tanzaniyanın Bukoba şəhərinin hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində 19 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Kasim Macaliva deyib.
"lənlər arasında həm sərnişinlər, həm də ekipaj üzvləri var", - deyə o bildirib. Təyyarədə 43 nəfər olub.
Bundan əvvəl üç nəfərin öldüyünü bildirmişdi.