Bakı. Trend:
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə görüş Rusiya Federasiyasında baş tuta bilər, lakin hələlik belə bir razılaşma yoxdur.
Trend "TASS"a istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Nəzəri cəhətdən ola bilər. Amma bu barədə heç bir razılaşma yoxdur", - deyə D.Peskov bildirib.