Bakı. Trend:
Filippin arxipelaqının şimal hissəsindəki Luzon adasında cümə axşamı axşam saatlarında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Honq Konq Rəsədxanası Seysmoloji Şəbəkə bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Laoaq şəhərindən 34 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi barədə məlumat verilməyib. Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.