...

Pentaqon rəhbəri Rusiya və Çini ABŞ-ın strateji rəqibləri adlandırıb

Dünya xəbərləri Materials 10 Dekabr 2022 04:15 (UTC +04:00)

Bakı. Trend:

Tarixdə ilk dəfə olaraq ABŞ strateji rəqib kimi eyni anda iki nüvə dövləti - Rusiya və Çinlə qarşılaşıb.

Trend xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ Silahlı Qüvvələrinin "STRATCOM" Strateji Komandanlığının hərbçiləri ilə görüşündə bildirib.

"Birləşmiş Ştatlar strateji rəqiblər kimi ilk dəfə iki böyük nüvə dövləti ilə qarşılaşdığımız yeni mərhələnin astanasındadır. Çin Xalq Respublikası nüvə qüvvələrini genişləndirir, modernləşdirir və şaxələndirir. Rusiya da öz nüvə arsenalını modernləşdirir və genişləndirir", - deyə L.Ostin bildirib.

O, "STRATCOM" zabitlərini “müharibənin qarşısını almağa” və bunu “tam peşəkarlıqla” etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti