Bakı. Trend:
Qarşıya qoyulan vəzifələri həll edə biləcəklərinə əmin olmayan hökumət üzvləri istefa verə bilərlər.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov deyib.
"Dövlət başçısı bizdən bu suala dəqiq cavab gözləyir: hökumətin bu tərkibi ilə yeni ilə qədəm qoymaq olarmı? Mən Baş nazir kimi bəyan etmək istəyirəm ki, hər şeyi edəcəyəm ki, prezidentin qarşıya qoyduğu vəzifələr yerinə yetirilsin”, - deyə o bildirib.
Ə.Smailovun sözlərinə görə, hər bir Qazaxıstan vətəndaşının nəticəni hiss etməsi üçün hökumətin hər bir üzvünün səmərəli işləməsi gözlənilir:
"Həmkarlar, tələb çox sərt olacaq. Bunu bacaran işləyəcək. Öz qabiliyyətinə arxayın olmayanlar indidən istefa ərizəsi yaza bilər. Bu yerlər ancaq xalqı dəstəkləyən, cəsarətli qərarlar verən və məsuliyyət daşıyanlar üçündür”, - deyə Ə.Smailov Nazirlər Kabinetinin üzvlərinə müraciətində deyib.