Bakı. Trend:
ABŞ-ın Texas ştatında 5,3 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri 132,9 min sakini olan Midlend şəhərindən 20 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 5 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.