Bakı. Trend:
Gələn ilin yanvarından "Twitter" sosial şəbəkəsində hesabın qadağan edilməsi və ya məhdudlaşdırılmasının səbəbləri təqdim olunacaq.
Trend-in məlumatına görə, bunu tviterin sahibi İlon Mask bildirib.
“Biz həqiqətən hesabın niyə dayandırıldığını və ya məhdudlaşdırıldığını göstərəcək bir xüsusiyyət yaratmalıyıq. Bu, yanvar ayında baş verəcək”, - deyə Mask əlavə edib.
Qeyd edək ki, oktyabrın 27-də Mask tviteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.