...

Paşinyanın brifinqində diskriminasiya: 10 media iştirakdan məhrum edilib

Dünya xəbərləri Materials 10 Yanvar 2023 10:39 (UTC +04:00)

Bakı. Trend:

10-a yaxın KİV Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 10-da keçiriləcək mətbuat konfransında iştirak etmək və ona suallar vermək imkanından məhrum edilib.

Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Jurnalistlər Birliyinin bəyanatında deyilir.

"Həmin KİV-lərə qoyulan qadağa ilə bağlı heç bir ağlabatan izahat rəsmi olaraq təqdim edilmədi ki, bu da artıq bəzi KİV-lərin qeyri-hökumətyönlü mövqeyinə görə Nikol Paşinyanın mətbuat konfransında iştirakdan məhrum edilməsi ilə bağlı əsaslı şübhələrə səbəb oldu. Lakin digər tərəfdən, mətbuat konfransına bir sıra qeyri-hökumət mediası da dəvət olunub”, - deyə məlumatda bildirilir.

Ermənistan Jurnalistlər Birliyi Paşinyanın iştirakı ilə keçirilən tədbirdə iştirakçıların seçilməsində göstərilən ayrı-seçkiliyi pisləyib və bu ayrı-seçkilik xarakterli qərarın ləğv edilməsinə, yanvarın 10-da keçiriləcək mətbuat konfransında istisnasız olaraq bütün media nümayəndələrinin iştirakına çağırıb.

“Biz hökumət aparatını bu ayrı-seçkilik xarakterli qərarını tez bir zamanda geri almağa və yanvarın 10-da keçiriləcək mətbuat konfransında istisnasız olaraq bütün media nümayəndələrinin iştirakını təmin etməyə çağırırıq. Dövlət məmurlarının mətbuatda çıxış etməyə məcbur olduqları hesabatlılıq, şəffaflıq və ictimai nəzarət, konfranslar parçalanmış, ayrı-seçkilik və ya seçki xarakterli ola bilməz, əks halda, belə ictimai tədbirlərin planlaşdırıldığı bütün məqsədlər təhrif edilir”, - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti