...

Bolqarıstan İstanbuldakı terror aktında iştirak edənlərdən birini Türkiyəyə təhvil verib

Dünya xəbərləri Materials 11 Yanvar 2023 03:13 (UTC +04:00)
Bolqarıstan İstanbuldakı terror aktında iştirak edənlərdən birini Türkiyəyə təhvil verib

Bakı. Trend:

Bolqarıstan hakimiyyəti 2022-ci il noyabrın 13-də İstanbulda İstiqlal küçəsində törədilən terror aktında əli olmaqda şübhəli bilinən şəxsi Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü T24 telekanalına müsahibəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

"Bilal Həssəni (hücumun planlaşdırılmasında iştirak edirdi - red.) Ədirnə vilayətindən götürüb xaricə aparan bu şəxsin (Xəzni Gölgə - red.) Bolqarıstanda olduğunu müəyyən etdik. Biz bu məsələni Bolqarıstan tərəfi ilə müzakirə etdik. Saat 18:00 radələrində [çərşənbə axşamı] o, Ədirnədə bizə təhvil verildi", - deyə nazir bildirib.

Türkiyəli nazir Sofiyaya göstərdiyi köməyə görə minnətdar olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti