Bakı. Trend:
Son aylarda Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının vəziyyəti ilə bağlı tənqidlərə məruz qalan Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa vermək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bild" qəzeti məlumat yayıb.
"Təşəbbüs kanslerin ofisindən deyil, nazirin özündən gəlir. İndi istefa tarixindən danışırıq. Yeni təyin olunacaq nazirlə bağlı məsləhətləşmələr aparılır", - deyə məqalədə blidirilir.
Digər təfərrüatlar barədə məlumat verilməyib.