...

Taylandın 320 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Dünya xəbərləri Materials 26 Yanvar 2023 07:04 (UTC +04:00)
Taylandın 320 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb

Bakı. Trend:

Cümə axşamı Tailandın 320 rayonunda havanın kəskin çirklənməsi qeydə alınıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə "World's Air Pollution"ın monitorinqində bildirilir.

Ölkənin dörd regionunda indeks qəhvəyi səviyyəyə (təhlükəli) yüksəlib - 50 bənd norma olduğu halda 311-dən 427-yə qədər dəyişir. Digər 20 sahədə isə səviyyə bənövşəyidir (çox qeyri-sağlam) və 201-280 bal arasında dəyişir, yəni bütün insanların sağlamlığına mənfi təsir göstərə bilər. Uşaqlar və astma kimi tənəffüs xəstəlikləri olan insanlar açıq havada keçirdikləri vaxtlarını məhdudlaşdırmalıdırlar.

Banqkokun 40 rayonunda və qonşu əyalətlərdə indeks qırmızı səviyyəyə (qeyri-sağlam) qaldırılıb və 151-200 bal arasında dəyişir. "TASS" müxbirinin müşahidələrinə görə, səhər saatlarından şəhərin biznes mərkəzində duman hökm sürür. Krallığın qalan 246 regionunda indeks eyni səviyyədədir.

Ümumilikdə Tayland üzrə havanın keyfiyyəti indeksi orta hesabla 216 bal, Banqkok üzrə isə 171 bal təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti