...

Bayden prezident seçkilərində iştirak etməklə bağlı hələ qərar verməyib

Dünya xəbərləri Materials 10 Fevral 2023 15:04 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərar verməyə hələ hazır olmadığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Prezident Amerikanın ispandilli Telemundo telekanalına müsahibəsində deyib.

"Mən, sadəcə, bu qərarı verməyə hələ hazır deyiləm", - amerikalı lider deyib.

Jurnalistin bunda hər hansı motivin gizləndiyinə dair sualına isə, Bayden "Xeyr" cavabı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti