Bakı. Trend:
ABŞ-ın Ohayo ştatında yüz tonlarla təhlükəli, kanserogen vinilxloridin dağılmasının fəsadlarını aradan qaldırmağa çalışırlar.
Trend xəbər verir ki, 50 vaqonun relsdən çıxması nəticəsində vinilxloridin dağıldığı və yandığı dəqiqləşib.
Ştat rəhbərliyi yerli sakinlərin təxliyə olunduğunu elan edib.
Hadisə yerində qəzanın fəsadlarının aradan qaldırılması üçün işlər aparılır.