...

Şri-Lankada birdəfəlik plastik məhsullar tam qadağan olunub

Dünya xəbərləri Materials 14 Fevral 2023 16:07 (UTC +04:00)
Şri-Lankada birdəfəlik plastik məhsullar tam qadağan olunub

Bakı. Trend:

Şri-Lanka hökuməti bu gün bioloji parçalanmayan birdəfəlik plastik məhsullara tam qadağa qoyub.

Trend bu barədə AFP agentliyinə istinadən məlumat verir.

Məlumata görə, hakimiyyət nümayəndəsi, informasiya naziri Bandula Qunavardena qadağanın ətraf mühitin mühafizəsi, həmçinin, adada məskunlaşan fillərin və vəhşi maralların mühafizəsi üzrə tədbirlərlə əlaqədar olduğunu bildirib.

Onun sözlərinə görə, iyun ayından etibarən Şri-Lankada plastik məhsulların istehsalı və satışı qadağan olacaq. Bu tədbirlər 2017-ci ildən qüvvədə olan ölkədə plastik paketlərin istifadəsinə qadağanı, həmçinin, 2021-ci ildə birdəfəlik plastik qabların və uşaq oyuncaqlarının idxalına qoyulan qadağanı tamamlayacaq.

Yerli ekoloqların bildirdiyinə görə, Şri-Lankada plastikdən imtina ekoloji təmiz materiallarla bağlı qlobal tendensiya ilə əlaqəli deyil, mühüm zərurətdir. Ölkədə hər gün onlarla ton plastik zibil istehsal olunur. Lazımi avadanlıq olmadığından onu heç cür emal etmək də olmur. Plastik torpağa basdırılır və ləng təsirə malik minaya çevrilməklə ətraf mühiti çirkləndirir və vəhşi heyvanların tələf olmasına gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti