...

Ərdoğan Gürcüstanın baş nazirini qəbul edib

Dünya xəbərləri Materials 23 Fevral 2023 21:35 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Trend xəbər verir ki, görüş Türkiyə Prezidentinin Ankaradakı iqamətgahında baş tutub.

İ.Qaribaşvili Türkiyəyə səfəri çərçivəsində Hatay vilayətinin zəlzələdən zərər çəkmiş Antakya şəhərinə səfər edəcək, burada Gürcüstan Daxili İşlər Nazirliyinin xilasedici qrupları dağıntıların təmizlənməsində iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti