...

İranda Novruz şənliklərində 27 nəfər ölüb, 4 095 nəfər xəsarət alıb (FOTO)

Dünya xəbərləri Materials 15 Mart 2023 09:27 (UTC +04:00)
İranda Novruz şənliklərində 27 nəfər ölüb, 4 095 nəfər xəsarət alıb (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda 20 fevraldan bu günədək Novruz şənliklərində baş verən hadisələrdə 27 nəfər ölüb, 4 095 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər deyib.

C.Miadfərin sözlərinə görə, xəsarət alanlardan 287-i xəstəxanalara yerləşdirilib, 25 nəfər reanimasiya şöbələrindədir.

222 nəfərin bədən üzvü amputasiya edilib, 1 357 nəfər gözündən xəsarət alıb, 867 nəfər yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ən çox xəsarət alanlar – Tehran vilayətində 886 nəfər, Şərqi Azərbaycan vilayətində 482 nəfər, Qərbi Azərbaycan vilayətində 402 nəfərdir.

Qeyd edək ki, İranda Novruz şənlikləri, xüsusilə çərşənbələrdə təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti