...

Ekvadorda zəlzələ nəticəsində 13 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 19 Mart 2023 06:57 (UTC +04:00)
Ekvadorda zəlzələ nəticəsində 13 nəfər həyatını itirib

Bakı. Trend:

Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 13-ə çatıb.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

Xəsarət alan insanların sayının 126-ya çatdığı bildirilir.

Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti