...

Bayden ABŞ-ın Suriyadakı hərbi mövcudluğunu davam etdirəcək

Dünya xəbərləri Materials 26 Mart 2023 23:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ABŞ hərbçilərinin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə bazar günü "CBS" telekanalının efirində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qrupa qarşı vuruşan 1000-ə qədər hərbçimiz var", - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, С.Bayden bu missiyanı saxlamağa "tamamilə sadiqdir".

"Biz hər zaman hərbçilərimizi və obyektlərimizi qoruyacağıq", - deyə C.Kirbi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti