...

Netanyahu nazirlərlə məhkəmə islahatının dayandırılmasını müzakirə edib

Dünya xəbərləri Materials 27 Mart 2023 03:55 (UTC +04:00)
Netanyahu nazirlərlə məhkəmə islahatının dayandırılmasını müzakirə edib

Bakı. Trend:

İsrailin baş naziri Binyamin Netanyahunun ofisində məhkəmə islahatının mümkün dayandırılması ilə bağlı müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Məlumata əsasən, müzakirələrdə baş nazirdən əlavə ədliyyə naziri Yariv Levin, strateji məsələlər üzrə nazir Ron Dermer, təhsil naziri Yoav Kiş və maliyyə naziri Betsatsel Smotriç iştirak ediblər.

Qəzetin mənbələrinin sözlərinə görə, R.Dermer və Y.Kiş baş nazirə islahatın qəbulunu dayandırmağı məsləhət görüblər. Bununla belə, Y.Levin B.Netanyahunu islahatları dayandırmamağa inandırmağa çalışıb.

Qeyd edilir ki, baş nazir Binyamin Netanyahunun ofisində bazar ertəsi koalisiya partiyalarının liderlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Müdafiə nazirinin istefaya göndərilməsi ölkənin bir çox yerində kütləvi etirazlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti