...

İspaniyada meşə yanğınları 4 min hektardan çox ərazini əhatə edib

Dünya xəbərləri Materials 28 Mart 2023 07:19 (UTC +04:00)
İspaniyada meşə yanğınları 4 min hektardan çox ərazini əhatə edib

Bakı. Trend:

İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş verən və 5 gündür davam edən meşə yanğınını əlverişsiz hava şəraiti səbəbindən hələ də söndürmək mümkün olmayıb.

Trend xəbər verir ki, yanğın 4 min hektardan çox meşə sahəsini məhv edib.

Təxliyə olunan 1500 nəfərin hələ də evlərinə qayıda bilməyəcəyi bildirilir.

Yanğınsöndürənlər gecə boyu yanğını söndürmək üçün mübarizə aparıblar.

Bununla belə, alov yayılmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti