...

Əfqanıstanda daşqınlar nəticəsində 10 nəfər həlak olub

Dünya xəbərləri Materials 30 Mart 2023 03:01 (UTC +04:00)
Əfqanıstanda daşqınlar nəticəsində 10 nəfər həlak olub

Bakı. Trend:

Əfqanıstanda son bir həftə ərzində daşqınlar nəticəsində 10 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin mətbuat katibi Şafiulla Rəhimi bildirib.

"Ölkənin 23 vilayətində yağan leysan yağışlar, daşqınlar və zəlzələlər nəticəsində 10 nəfər həlak olub, 76 nəfər xəsarət alıb, 1 779 ev tamamilə və ya qismən dağılıb, 22 min hektardan çox kənd təsərrüfatı sahəsi məhv olub", - deyə mətbuat katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti