...

Türkiyədə zəncirvari yol qəzası olub

Dünya xəbərləri Materials 30 Mart 2023 22:50 (UTC +04:00)
Türkiyədə zəncirvari yol qəzası olub

Bakı. Trend:

Türkiyədə 11 nəqliyyat vasitəsi toqquşub.

Trend xəbər verir ki, zəncirvari yol qəzasında ilkin məlumata görə, 17 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Samsun-Ankara avtomobil yolunun Kavak qəsəbəsinin girişində baş verib.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti