...

NATO Almaniya, Çexiya, Estoniya və Latviyada irimiqyaslı hava təlimləri keçirəcək

Dünya xəbərləri Materials 10 Aprel 2023 21:24 (UTC +04:00)
NATO Almaniya, Çexiya, Estoniya və Latviyada irimiqyaslı hava təlimləri keçirəcək

Bakı. Trend:

İyunun 12-dən 23-dək Almaniyada 10.000-dən çox insan və 200 təyyarə iştirakı ilə NATO-nun genişmiqyaslı "Air Defender 23" hava təlimi keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Estoniya KİV-ləri xəbər verib.

Məlumata əsasən, təlimlərin Çexiya, Estoniya və Latviyanın hava məkanlarında da həyata keçiriləcəyi ehtimal edilir.

Estoniya Hərbi Hava Qüvvələrindən bildiriblər ki, təlimlərə Almaniya Hərbi Hava Qüvvələri rəhbərlik edir, mərkəzi rol ABŞ-dan olan hərbi nümayəndə heyətinə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti