Bakı. Trend:
Tanzaniyada 4,9 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Dodoma şəhərindən 136 kilometr şimal-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.