...

Sudan hava məkanının bağlanmasını aprelin 30-dək uzadıb

Dünya xəbərləri Materials 23 Aprel 2023 04:45 (UTC +04:00)

Bakı. Trend:

Sudan Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının bağlanmasını aprelin sonuna qədər uzadıb.

Trend xəbər verir ki, bu barədə Xartum Beynəlxalq Hava Limanın məlumatında deyilir.

"Mülki Aviasiya İdarəsi Sudan hava məkanının bağlanmasının aprelin 30-dək uzadılması üçün pilotlara bülleten (NOTAM) göndərib", - deyə açıqlamada bildirilir.

Daha əvvəl "Associated Press" agentliyi bildirib ki, hazırda Sudan ordusu xarici diplomatların təxliyyəsini təşkil edir. Xüsusilə, söhbət hərbi təyyarələrlə amerikalı, britaniyalı, çinli və fransalı diplomatların təxliyyəsinə hazırlıqdan gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti