Bakı. Trend:
Mayın 14-də Türkiyədə keçiriləcək prezident və 28-ci parlament seçkiləri ilə bağlı xaricdə yaşayan türk vətəndaşlarının səsvermə prosesi başlayıb.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, vətəndaşlar Türkiyənin xarici nümayəndəliklərində və gömrük komitələrində səs verə biləcəklər.
Qeyd edək ki, ümumilikdə 64 milyon 113 min 941 nəfər səsvermədə iştirak edəcək ki, bunlardan 3 milyon 416 min 98 nəfəri xaricdə yaşayır.
Xaricdə yaşayan seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir və bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfər təşkil edir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Türkiyədə millət vəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.